Metro stansiyalarının iş rejimi dəyişilir

Gündəm 31 May 2016 13:13 Oxunub 1113
Metro stansiyalarının iş rejimi dəyişilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bakı Metropoliteni” gücləndirilmiş rejimdə işləyəcək

Bakı Formula 1 Avropa Qran Prisi günlərində metro səhər saat 06:00-dan gecə 02:00-dək işləyəcək. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Avtosfer.az-a verilən məlumata görə, yarış günləri metropoliten gücləndirilmiş rejimdə işləyəcək. O bildirib ki, həmin günlər “28 May”, “Sahil” və “İçərişəhər” metro stansiyalarında yarış ərazisinə yaxın olduğuna görə, gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

 

“Bu stansiyalarda girişə saat 02.00-dək icazə veriləcək. Digərlərində isə 00.00-dək girişə, 02.00-dək çıxışa icazə veriləcək”.

 

Qeyd edək ki,iyunun 17-19-da Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq “Formula 1” Avropa Qran Prisi keçiriləcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh