Hava proqnozu - yağış yağacaq, dolu düşəcək

Gündəm 1 İyun 2016 00:16 Oxunub 1136
Hava proqnozu  - yağış yağacaq, dolu düşəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şimal-şərq küləyi əsəcək

Bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, gün ərzində paytaxt və yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.

İyunun 1-də Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir. Tibbi meteoroloji proqnoza əsasən iyunun 1-3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh