Yol qəzasında zürafələrin dəhşətli ölümü - FOTO

Avtobazar 4 Avqust 2014 03:54 Oxunub 1812
Yol qəzasında zürafələrin dəhşətli ölümü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu fakt heyvansevərləri qəzəbləndirib

Cənubi Afrikada yaşanan bir hadisə heyvansevərləri qəzəbləndirib. Anspress-in məlumatına görə, Cənubi Afrika respublikasının Yohannesburq şəhərinin ən işlək avto-magistrallarından birində yük maşınına qoyularaq aparılan iki zürafənin başı yolüstü keçidə çırpılıb. Qəza zamanı zürafələrdən birinin öldüyü, digərinin isə ölümdən xilas olduğu bildirilir. Hadisədən sonra ölkədə müzakirələr meydana gəlib. Yük maşınının sürücüsü isə özünü müdafiə etmək üçün yolüstü keçidin alçaq olduğunu vurğulayıb. Ölümdən canını qurtaran zürafəni klinikaya aparılar. Zürafələrin sosial şəbəkədə paylaşılan görüntülərinə çox sayda ölkə vətəndaşı öz reaksiyasını bildirib və sürücü məsuliyyətsizlikdə günahlandırılıb. 

Qeyd edək ki, zürafələrin Yohannesburqdan 160 km məsafədə yerləşən Vormbarts fermasına aparıldığı bildirlir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh