Ata qızının bağça müəlliməsinə "Mercedes" bağışladı

Maraqlı 30 İyun 2016 11:04 Oxunub 4089
Ata qızının bağça müəlliməsinə  "Mercedes" bağışladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müəllimə balaca qıza anasızlığı hiss etdirmədiyi üçün bahalı hədiyyə qazanıb

Atadan bağçanı bitirən qızının müəlliməsinə sürpriz. Avtosfer.az anspress-ə istinadən məlumatına görə, qeyri-adi və bahalı hədiyyəni neftlə zəngin olan Küveytdə ediblər. Varlıların çox olduğu ölkədə kişi sevincindən qızının müəlliməsinə "Mercedes" bağışlayıb. Nur el Faris adlı qızın atası övladının məktəbə qədəm qoyacağına o qədər sevinib ki, müəlliməyə "Mercedes"in ən son modelini bağışlayıb. Üzərində balaca Nurun əyləşdiyi maşının ön şüşəsində isə belə yazılıb: "Bu maşın ən sevimli müəlliməm Nadia üçündür".

Adını açıqlamayan ata isə dünya mətbuatında yer alan fotodan sonra açıqlama verib. O deyib ki, balaca qızı bu il anasını itirib. Nadia müəllimə isə bu müddətdə qızı ilə o qədər şəfqətli və mehriban olub ki, ona bu dərdi yaşatmayıb.

http://www.anspress.com/media/image/575505711ac05/600@0

ŞƏRH YAZ
Ad

E-mail

Şərh