Bakıda Formula-1 yarışı gecə keçirilə bilər – VİDEO

Gündəm 7 İyun 2016 13:17 Oxunub 1313
Bakıda Formula-1 yarışı gecə keçirilə bilər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Gecə vaxtı yarış olsa, əlavə xərc də olacaq"

Bakıda ilk dəfə təşkil olunacaq "Formula-1" üzrə Avropa Qran-Pri yarışına Rusiyadan 3,5 min azarkeş gələcək. Avtosfer.az xəbər verir ki, bu barədə Anspress-in məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov TASS-a deyib.

 

"Gecə vaxtı yarış olsa, əlavə xərc də olacaq"

 

"Hazırda 2,5 min bilet satılıb. Rusiyalı azarkeşlərin minə yaxın bilet alması nəzərdə tutulub". İcraçı direktorun sözlərinə görə, növbəti həftəyə qədər bütün biletlər satılacaq. "Demək olar ki, artıq bütün biletlər satılıb. Hər gün biletlərin satışı daha da artır. Bizim hesablamalarımıza görə, həftənin sonuna qədər bilet qalmayacaq. Tribunada biletin ən ucuz qiyməti 200 dollardır (300 AZN), ayaq üstə isə 90 dollar (135 AZN) təşkil edir". 

Arif Rəhimov qeyd edib ki, gələcəkdə, ola bilsin ki, Formula 1 yarışı Bakıda gecə vaxtı keçirilsin. "Yarışların gecə keçirilməsi də müzakirə olunub. Bunu dostlar və azarkeşlər təklif ediblər artıq. Amma gecə vaxtı yarış olsa, əlavə xərc də olacaq. Biz hər dəfə gərək trası yenidən bərpa edək, bu isə çox çətindir və ilk il üçün suallar kifayət qədər çoxdur. Baxarıq, əgər bu dəfə alınsa, ola bilsin, gecə yarışını da keçirdik. Şəhərdə işıqlandırma sistemi əladır. Bu alınsa, çox gözəl görünəcək", - deyə icraçı direktor bildirib. 

Formula 1 çempionatının təqviminə görə, hazırda Sinqapurda və Bəhreyndə gecə yarışı keçirilir. 

Bakıda keçiriləcək Formula 1 Avropa Qran-Pri yarışının rəsmi elçisi Fernando Alonsodur. 17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. Yarış 20 müxtəlif çətinlikli döngə və 6 km-lik uzunluğu olan 51 dövrədə tamamlanacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh