Metronun "20 Yanvar" stansiyasının bir çıxışı bağlanacaq

Gündəm 7 İyun 2016 15:01 Oxunub 1261
Metronun "20 Yanvar" stansiyasının bir çıxışı bağlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Stansiyasındakı eskalatorlar dəyişdiriləcək

Bakı metrosunun  "20 Yanvar" stansiyasındakı eskalatorlar dəyişdiriləcək. Avtosfer.az bildirir ki, bu barədə trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, "20 Yanvar" stansiyasında hazırda fəaliyyətdə olan 3 eskalatorun istifadə müddəti bitib. Ona görə də həmin eskalatorlar yenisi ilə əvəzlənəcək.

N.Paşayev deyib ki, stansiyada eskalatorların dəyişdirilməsinə gələn ay başlanılacaq. Həmin müddətdə metronun "20 Yanvar" stansiyasının ikinci vestübülü bağlı olacaq.

Qeyd edək ki, bir müddət əvvəl "Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" və "İnşaatçılar" stansiyalarında istifadəsini başa vuran eskalatorları yenisi ilə əvəzləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh