Sevil Əliyevanın oğluna vəzifə VERİLDİ

Gündəm 7 İyun 2016 16:02 Oxunub 2885
Sevil Əliyevanın oğluna vəzifə VERİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti təyin olunub

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti təyin olunub. Avtosfer.az “futbol+” istinadən xəbər verir ki, o, federasiyada olan dopinq qalmaqalından sonra bu vəzifəyə gətirilib. Məhz onun gəlişindən sonra atletikada ciddi islahatların olacağı deyilir.

Sevil Əliyeva oğlu Azər Əliyevin Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti təyin edilməsindən danışıb. O, virtualaz.org-a açıqlamasında oğlunun atası, mərhum ölkə başçısı Heydər Əliyevin evində yaşadığını qeyd edib: “Azər Əliyev Azərbaycana köçmək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh