Erməni hərbçilər qəzaya düşdülər: 6 yaralı

Gündəm 8 İyun 2016 02:54 Oxunub 1211
Erməni hərbçilər qəzaya düşdülər: 6 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“UAZ” markalı hərbi maşın “Hyundai” markalı minik avtomobili ilə toqquşub

İyunun 7-də axşam saatlarında İrəvanın mərkəzində 5 erməni hərbçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, içərisində sürücü ilə birlikdə 5 hərbçinin olduğu “UAZ” markalı avtomobil “Hyundai” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “UAZ”-da olan hərbçilərin hamısı və “Hyundai” markalı avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 Xəsarət alanlardan bir nəfərin – “UAZ”-ın sürücüsünün vəziyyəti ağırdır.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh