Bu yollarda tıxac yaranıb

Gündəm 8 İyun 2016 10:28 Oxunub 1067
Bu yollarda tıxac yaranıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
NİİM məlumat yaydı

Bu gün səhər paytaxtın bir sıra yollarında yenə də tıxac olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a bildiriblər ki, iyunun 8-də səhər saatlarında Bakının Azadlıq, Ziya Bünyadov və Neftçilər prospektlərində, eləcə də Mətbuat, Cəlil Məmmədquluzadə, Afiyəddin Cəlilov, Rüstəm Rüstəmov, Səməd Vurğun küçələrində nəqliyyatın sıxlığı müşahidə edilib.

NİİM-dən bir neçə gün əvvəllə müqayisədə birdən-birə yollarda sıxlığın yaranması səbəbləri açıqlanmayıb.

Milli.Az xəbər verir ki, bir sıra yollarda yol polisi əməkdaşları yolları bağlayaraq sürücüləri nəqliyyat vasitələrinin hərəkət istiqamətini dəyişməyə məcbur edib. Nəticədə yuxarıda adıçəkilən və bir sıra digər yollarda sıxlıq, hətta tıxac yaranıb. Bəzi ərazilərdə sürücülər yolu boşaltmaq və ya mənzil başına çatmaq üçün məcburi qaydada yol hərəkəti qaydalarını pozmağa məcbur olublar.

Qeyd edək ki, bir həftəyə yaxın idi ki, paytaxt yollarında ciddi nəqliyyat sıxlığı və tıxaclar müşahidə edilmirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh