Avtobusdan 30 sərnişin qaçırılıb -  Əfqanıstanda

Gündəm 8 İyun 2016 11:29 Oxunub 1119
Avtobusdan 30 sərnişin qaçırılıb -  Əfqanıstanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus Əfqanıstanın Bədəxşan vilayətindən Kabilə gedirdi

Bu gün əfqan talibləri ölkənin şimalındakı Künduz əyalətində reys avtobusunu saxladaraq, 30 sərnişini qaçırıb. Bu barədə Avtosfer.az "tass"a istinadən xəbər verir. Avtobus Əfqanıstanın Bədəxşan vilayətindən Kabilə gedirdi. Ötən həftə taliblər ölkənin yollarından 200-ə yaxın insan qaçırıb. Onlardan 10 nəfəri hadisə yerində öldürülüb, iki nəfərin isə sonradan başı kəsilib. Qaçırılanların əksəriyyəti azad olunub, lakin səkkiz nəfər hələ də girov tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh