Milli Məclis iyunun 14-də toplanacaq

Gündəm 8 İyun 2016 11:41 Oxunub 1220
Milli Məclis iyunun 14-də toplanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir

Milli Məclisin (MM) növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası iyunun 14-də keçiriləcək. Bu barədə Avtosfer.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İclasın gündəliyi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb. Belə ki, 76 nəfər deputatın müraciəti ilə növbədənkənar sessiya çağırılıb. Növbədənkənar sessiya çərçivəsində komitə iclasları və iki plenar iclas keçirilməsi nəzərdə tutulub. 

Parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh