Saakaşvili çadıra köçdü – FOTO

Gündəm 8 İyun 2016 11:42 Oxunub 1217
Saakaşvili çadıra köçdü – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu yolun təmirinin yekunlaşdırılmasına nə qədər vaxt lazım gələrsə, o qədər burada qalacam”

Odessa-Reni trasında təmir işləri yekunlaşanadək, həmin ərazidə quraşdırılan çadırda çalışacam. Avtosfer.az xəbər verir ki, “112 Ukrayna” telekanalının yaydığı məlumata görə, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili iyunun 5-də bəyan edib. 

Telekanalın məlumatına görə, yol kənarında quraşdırılan çadırın üzərində “Odessa vilayəti Dövlət Administrasiyasının başçısı Mixail Saakaşvilinin müvəqqəti kabineti” yazılıb.

“Bu yolun təmirinin yekunlaşdırılmasına nə qədər vaxt lazım gələrsə, o qədər burada qalacam”, - Saakaşvili bəyan edib. 

O, həmçinin işlərin intensivliyi və maliyyələşdirilməsindən narazı olduğunu qeyd edib. 

Təmir işləri 1940-1950-ci illərdə inşa edilən Odessa-Reni yolunda aparılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh