Azərbaycanda kreditə görə intihar artıb - Rəsmi açıqlama

Gündəm 8 İyun 2016 12:36 Oxunub 1213
Azərbaycanda kreditə görə intihar artıb - Rəsmi açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş toksikoloq deyib ki, intihara cəhd edənlər əsasən sirkə turşusu içiblər

"Fevral ayından bank kreditini ödəyə bilmədiyi üçün intihar hallarının sayında artım qeydə alınıb". Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, fevral ayında bununla baǧlı 6 nəfər mərkəzə gətirilib: "Onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında bununla əlaqədar 8, aprel-may ayları ərzində 4 müraciət daxil olub".

Hazırda bank krediti problemi olanların intiharı ilə baǧlı müraciətlərin azaldıǧını deyən Baş toksikoloq deyib ki, intihara cəhd edənlər əsasən sirkə turşusu içiblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh