Bakı treki çox sürətlidir - "Renault Sport"

Avtoreyd 19 İyun 2016 11:10 Oxunub 1524
Bakı treki çox sürətlidir - "Renault Sport"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Avropa Qran Prisi üçün çox yaxşı hazırlaşıb

Bakı şəhər treki çox sürətli trekdir. Avtosfer.az trend-ə istinadən bildirir ki, bunu Fransanın Azərbaycandakı səfirliyi təşkil etdiyi qəbulda "Renault Sport" komandanın direktoru Frederik Vasör deyib.

"Biz hələ belə şəhər trekini görməmişdik. Şəhər yolları üçün çox yüksək sürəti və həmçinin maraqlı döngələri qeyd etmək istəyirəm", - deyə komandanın direktoru bilidrib.

"Renault Sport" komandasının nümayəndəsi Jan-Pol Drio qeyd edib ki, Bakı adi trek elementləri ilə şəhər yolunu yarada bilib.

Onun sözlərinə görə, Bakı Avropa Qran Prisi üçün çox yaxşı hazırlaşıb.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh