Formula 1 həyəcanının 3-cü günü

Avtoreyd 19 İyun 2016 12:14 Oxunub 1453
Formula 1 həyəcanının 3-cü günü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Günün sonunda Dənizkənarı milli parkda Farel Uilyamsın konserti baş tutacaq

Bakıda "Formula 1" Avropa Qran Prisinin sonuncu yarış günü başlayır. Avtosfer.az ans press-ə istinadən məlumatına görə, hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Günün sonunda Dənizkənarı milli parkda Farel Uilyamsın konserti baş tutacaq. Bulvara yalnız yarış biletləri ilə girmək mümkündür.

 

Günün cədvəli:

 

14:00 – 14:50 – GP2 ikinci yarış ( 23 dövrə və ya 45 dəqiqə)

15:30 - Pilotların paradı. Pilotlar bütün trek boyu keçərək izləyiciləri salamlayacaqlar.

15:45-16:15 - Açılış Mərasimi

17:00-19:00 - 2016 Formula 1 Avropa Qran Prisi

20:00 Farel Uilyamsın konserti

ŞƏRH YAZ
Ad

E-mail

Şərh