GP2 seriyasında ikinci yürüş başlayıb

Avtoreyd 19 İyun 2016 14:26 Oxunub 1290
GP2 seriyasında ikinci yürüş başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüş (sprint) başlayıb. Avtosfer.az trend-ə istinadən məlumatına görə, yarışlarda 22 pilot iştirak edir.

Ötən gün birinci yürüşdə "Prema" komandasının italiyalı pilotu Antonio Covinatsi qələbə qazanıb. Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh