«Bakıda möhtəşəm şou olacaq» - Məşhur pilot

Avtoreyd 19 İyun 2016 14:34 Oxunub 1287
«Bakıda möhtəşəm şou olacaq» - Məşhur pilot
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Mən boliddən razı qaldım»

“Bakıda yarışlar əla təşkil olunub. Trek çox maraqlı və zövqvericidir”.  Avtosfer.az xəbər verir ki, bu barədə "Formula 1" Avropa Qran Prisinin sıralama yarışlarında birinci olan pilot Niko Rosberq (“Mercedes” komandasının üzvüdür-red) Bakı treki ilə bağlı təəssüratlarını azvision.az-la bölüşüb:

“Hər şey əla idi. Bu, ən çətin sessiyalardan bir olsa da, hər şey yaxşı bitdi. Sıralanma turunun 3-cü mərhələsində Luis mənim qarşımda idi və mən həmin dövrədə önə keçmək şansını buraxmalı oldum. Ancaq dövrənin sonunda bir fürsət yarandı və cəhdim uğurla nəticələndi. Hər şey möhtəşəm idi. Mən boliddən razı qaldım. Bakıda hər şəy əla təşkil olunub. Xüsusilə də trek çox yaxşıdır. Uzun müddətdən sonra həyəcanlı sıralanma turlarından birinə şahid olduq. Bügünkü yarışın həyəcanlı olacağına əminəm. Bu, hərəkətin asan olduğu treklərdən biridir və məncə, burada bir neçə dəyişiləcək yerlər və çoxlu təhlükəsizlik maşınları olacaq. Deyə bilərəm ki, Bakıda möhtəşəm şou olacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh