Bakıda "Formula-1" üzrə Avropa Qran Prisi start götürür - SİYAHI

Avtoreyd 19 İyun 2016 16:08 Oxunub 1324
Bakıda "Formula-1" üzrə Avropa Qran Prisi start götürür - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışdan öncə Açılış Mərasimi keçiriləcək

Bakıda start götürmək üzrə olan "Formula-1" üzrə Avropa Qran Prisindən öncə Azərbaycan mədəniyyətini sözügedən yarışın dəyərləri ilə birləşdirən Açılış Mərasimi keçiriləcək.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, mərasim 5 rəmz və model vasitəsilə davamlı əlaqə qurmaq üçün müəyyən sujet xətti üzərində birləşən 5 fəaliyyətdən ibarət olacaq.

20 dəqiqəlik nəhəng paradda millətin yeni ruhu ilə birlikdə onun zəngin irsi nümayiş olunacaq. Paradın tam mərkəzində bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət yer alacaq.

Paradın ardınca Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 40 nəfərdən ibarət gənc kollektivi tərəfindən Dövlət himni ifa olunacaq və bundan sonra "Formula-1" üzrə Avropa Qran Prisinə start veriləcək.

22 pilot qalib adı uğrunda mübarizə aparacaq. Dünən keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın "Mercedes"in pilotu Niko Rosberq dayanacaq. Onun ardında isə "Force İndia"dan Serxio Peres və "Red Bull Racing"dən Daniel Rikkardo yer alacaq.

Ümumi sıralama isə belədir:

1. Niko Rosberq - "Mercedes"

2. Serxio Peres - "Force İndia"

3. Daniel Rikkardo - "Red Bull Racing"

4. Sebastian Fettel - "Ferrari"

5. Kimi Raykonnen - "Ferrari"

6. Felipe Massa - "Uilyams"

7. Daniil Kvyat - "Red Bull Racing"

8. Valtteri Bottas - "Uilyams"

9. Maks Ferstappen - "Toro Rosso"

10. Lüis Hamilton - "Mercedes"

11. Roman Qrojan - "Haas"

12. Niko Hülkenberq - "Force İndia"

13. Karlos Saynts - "Toro Rosso"

14. Fernando Alonso - "McLaren"

15. Estabean Qutyerres - "Haas"

16. Felipe Nasr - "Sauber"

17. Rio Haryanto - "Manor"

18. Paskal Verlyayn - "Manor"

19. Censon Batton - "McLaren"

20. Markus Erikson - "Sauber"

21. Kevin Maqnussen - "Renualt"

22. Kolion Palmer - "Renault"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh