Prezident İlham Əliyev və xanımı "Formula 1" Avropa Qran Prisi yarışına baxırlar

Avtoreyd 19 İyun 2016 17:50 Oxunub 1415
Prezident İlham Əliyev və xanımı "Formula 1" Avropa Qran Prisi yarışına baxırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qran-prinin startından əvvəl Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx nəfərdən ibarət gənc kollektivi dövlət himnini ifa edib

İyunun 19-da saat 17:00-da Bakıda "Formula 1" Avropa Qran Prisinə start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, “Formula One Management”in prezidenti Berni Ekklstoun, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod "Formula 1" Avropa Qran Prisi yarışına baxırlar.

Qran-prinin startından əvvəl Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx nəfərdən ibarət gənc kollektivi dövlət himnini ifa edib.

"Formula 1" Avropa Qran Prisində 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın “Mercedes”in pilotu Niko Rosberq dayanıb. Ondan sonra “Force İndia” komandasının pilotu Serxio Peres və “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo yer alıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh