Formula-1 komandasının rəhbəri: "Bakını bu fantastik yarış trası ilə təbrik etmək istəyirəm"

Avtoreyd 20 İyun 2016 11:26 Oxunub 1289
Formula-1 komandasının rəhbəri: "Bakını bu fantastik yarış trası ilə təbrik etmək istəyirəm"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı - çox gözəl şəhərdir, insanları da çox mehribandır, bizi dəstəkləyirdilər

"Bakını bu fantastik yarış trası ilə təbrik etmək istəyirəm". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Torro Rosso" Formula-1 komandasının rəhbəri Frans Tost Bakıda keçirilən Avropa Qran-prisinin yekunlarını şərh edərkən bildirib. 

"Bura gəlmək və hər şeyin necə qurulduğunu görmək əsl sürpriz idi. Bakı - çox gözəl şəhərdir, insanları da çox mehribandır, bizi dəstəkləyirdilər", - o qeyd edib.

Komandanın rəhbəri, həmçinin təşkilatçılara və Formula-1 rəhbəri Berni Ekklstouna Bakının yarış təqviminə salındığına görə, minnətdarlığını bildirib. 

Yarışın nəticələri haqqında danışaraq, F.Tost komandanın iki pilotunun trasdan çıxdıqları və nəticə göstərmədiklərinə görə, təəssüf etdiyini vurğulayıb.

http://report.az/storage/news/a4cceda318b39dd923e5d8a9bb02c86e/77799cfb-1fde-481c-9db5-6c418e14527e_108.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh