Yolayrıcında sola dönən sürücü nə etməlidir? - DOĞRU CAVAB

Yarışma 20 İyun 2016 14:10 Oxunub 2929
Yolayrıcında sola dönən sürücü nə etməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız da yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu yolayrıcında sola dönən sürücü nə etməlidir?

A) Yolayrıcını ilk olaraq keçməlidir;

B) Qarşıdan düzünə gələn avtomobilə yol verdikdən sonra ikinci olaraq keçməlidir;

C) Avtobusa yol verdikdən sonra ikinci olaraq keçməlidir.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin I hissəsinə əsasən, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakıhərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin maddənin II və III hissələrindən aydın olur ki, hər ikisi baş yolda olduqda sağdan yaxınlaşan nəqliyyat vasitəsinin sürücüsü üstünlüyə malikdir Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Bu yolayrıcında sola dönən sürücü yolayrıcını ilk olaraq keçməlidir.

Suala ilk doğru cavabı Elçin adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 252 77 07 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından da hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə gəng etmək lazımdır.

Sualın daha bir sponsoru *3636 Ayıq sürücü xidmətidir. 24 saat xidmətinizdə olan *3636 təhlükəsiz sürücüləri və sığortalı işi ilə xidmətinizdədir. *3636-dan hədiyyəni əldə etmək üçün 055 332 67 67 nömrəsinə zəng etmək xahiş olunur.

 

 http://avtosfer.az/upload/news/a74bf0.jpg

188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh