YAP: Formula 1 yarışlarını tənqid edənlərin fikirləri...

Avtoreyd 20 İyun 2016 16:31 Oxunub 1669
YAP: Formula 1 yarışlarını tənqid edənlərin fikirləri...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bakıya yarışı izləməyə kifayət qədər turist gəlmişdi, şəhərin otellərində boş yer tapmaq mümkün deyildi”

"Bakıda keçirilən Formula 1 yarışlarını tənqid edənlərin fikirləri Azərbaycanı istəməyən qüvvələrin mövqeyi ilə üst-üstə düşür. Avropada erməni lobbiləri fəaliyyət göstərir, Azərbaycanda da müəyyən qüvvələr var ki, onlara xidmət edir. Yəni, nə edirsən, et, bunlar üçün fərqi yoxdur, səhv cəhət axtarmağa çalışacaqlar".

Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruzov dünyada iqtisadi böhranın baş verdiyi müddətdə belə yarışın Bakıda keçirilməsinin doğru olmadığını deyənlərin fikirlərinə də münasibət bildirib: "Azərbaycanda böhran yoxdur. Manatın devalvasiyası, neftin qiymətinin düşməsinə baxmayaraq, böhran Azərbaycana təsir etmədi. Ölkə iqtisadiyyatı böhrandan cüzi ziyanla çıxdı. Bu il Azərbaycanda sabitləşmə ilidir. Növbəti ildən iqtisadi yüksəliş başlayacaq. Bu, Azərbaycanın apardığı iqtisadi islahatların nəticəsidir. Asiyada, Avropada, Amerikada baş verən böhran 3-5 il davam edir. Çünki onlar gözlənilmədən bu vəziyyətə düşdülər. Lakin Azərbaycanda böhranın qarşısının alınması üçün uzunmüddətli planlar həyata keçirilib. Yəni, neftdən gələn gəlirlər iş yerlərinin açılmasına, sosial layihələrin həyata keçirilməsinə, neftin insan kapitalına çevrilməsinə sərf olunurdu".

YAP rəsmisi Formula 1 yarışlarının Azərbaycana uğur gətirəcəyini vurğulayıb: "Formula 1 yarışı dünyada popluyar idman növlərindən biridir, təxminən yarım milyard izləyicisi var. Bu yarışların Bakıda keçirilməsi Azərbaycanı dünyada tanıtdı. Ayrı-ayrı dövlətlər Azərbaycanın inkişafını, tərəqqisini bir daha gördülər. Bakıya kifayət qədər turist gəlmişdi, şəhərin otellərində boş yer tapmaq mümkün deyildi. Bu yarış ölkədə ictimai-siyasi sabitliyin olmaması, müharibə zonası olması, Azərbaycana getməyə tövsiyə olunmaması ilə bağlı fikirləri darmadağın etdi. Bilirsiz ki, bu yarışlar 5 il Azərbaycanda keçiriləcək. Düşünürəm, bu yarışdan kifayət qədər gəlir əldə olunacaq. Yarışın növbəti mərhələlərində həm reklam, həm də turizmlə bağlı gəlirlər artacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh