Daniel Rikkardo: "Bakı trasından həzz aldım"

Avtoreyd 22 İyun 2016 12:12 Oxunub 1484
Daniel Rikkardo: "Bakı trasından həzz aldım"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mən haqqında heç nə bilmədiyim Bakıya gəldim və gördüklərim məni heyran etdi"

"Bakı trası əla idi, mən ondan həzz aldım". Avtosfer.az report-a istinadən bildirir ki, bunu Formula-1 üzrə "Red Bull" komandasının üzvü Daniel Rikkardo mayın 17-19-da Bakıda keçirilmiş Avropa Qran Prisinin yekunları barədə danışarkən deyib. "Mən haqqında heç nə bilmədiyim Bakıya gəldim və gördüklərim məni heyran etdi", - deyə o əlavə edib.

Avstraliyalı pilot yeni trasda mübarizəyə ilk sıradan başlamağın çox xoş olduğunu, amma arxa təkərlərlə bağlı problem olduğundan komandanın pit-stop etmək qərarı verdiyini vurğulayıb.

"Hazırda evdə istirahət edirəm və Avstriya trasında ən yaxşı nəticə göstərməyə hazırlaşıram", - deyə o bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh