Ölkədəki qatarların yenilənməsinə ehtiyac var - VİDEO

Yazarlar 22 İyun 2016 17:54 Oxunub 1561
Ölkədəki qatarların yenilənməsinə ehtiyac var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vağzal, platformalar, eləcə də  qatarlar müasir standartlara uyğun qurulacaq

Son vaxtlar ölkəyə müasir standartlara cavab verən, komfortlu qatarlar gətirilir. Sözsüz ki, bütün bunlar sərnişinlərin rahatlığına hesablanıb. Avtosfer.az xəbər verir ki, ans tv-nin məlumatına görə, dəmiryolu vağzalında əsaslı təmirə ehtiyacı olan kifayət qədər  qatar var. Onların istismar müddəti, demək olar ki başa çatıb. Buna baxmayaraq, belə qatarlar hələ də daxili istiqamətlərdə xəttə buraxılır. Amma elə qatarlar da var ki, təmirə ehtiyacı olsa da, maliyyə olmadığından depoda paslanır.

Bu kimi qatarların sayı onlarladır. Təkcə ötən il 5 qatar yenilənərək xəttə buraxılıb. Bunlar  Xaçmaz, Hacıqabul və İmişli rayonları istiqamətində hərəkət edən qatarlardır. Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə artıq bəzi qatarlar əsaslı təmir olunması üçün  Ukraynanın Dnepropetrovsk şəhərinə göndərilib.

"30 sərnişin qatarının alınması istiqamətində danışıqlar gedir. Əlbəttə, yerli istiqamətdə də hərəkət edən qatarların vaqonları əsaslı təmirdən çıxmış vaqonlardır. Orada da bütün sərnişinlər üçün hər cür imkanlar yaradılıb", - deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Dəmiryol vağzalındakı əsaslı təmir işləri ilin sonunadək başa çatdırılacaq. Vağzal, platformalar, eləcə də  qatarlar müasir standartlara uyğun qurulacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh