Bakıda yol polisindən insanlıq dərsi - FOTOLAR

Yol polisi 23 İyun 2016 21:43 Oxunub 19352
Bakıda yol polisindən insanlıq dərsi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
YP 501 yolu kəsdi, inspektor yaşlı qadının əlindən tutub yolu keçirdi

Bakıda yol polisi əməkdaşları nümunəvi hərəkətləri ilə Avtosfer.az-ın kamerasına tuş gəliblər. Belə ki, iyunun 22-də, səhər saatlarında Lermontov küçəsi ilə Şeyx Şamil küçəsinin kəsişməsində yaşlı qadın yolu keçməkdə çətinlik çəkib. Bunu görən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Mübariz adlı əməkdaşı 99 YP 501 dövlət nömrə nişanlı xidməti avtomobili ilə avtomobillərin qarşısına keçərək yolu bağlayıb. Daha sonra həmin ərazidə piyada xidmət aparan polis serjantı yaşlı qadının əlindən tutaraq yolun əks tərəfinə keçirib. YPX əməkdaşlarının bu davranışı ətrafdakı insanlar tərəfindən xoş təbəssümlə qarşılanıb.

Avtosfer.az həmin anda çəkilən fotoları təqdim edir:

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh