Formula 1-ə görə qurulan baryerlərin sökülməsinə başlanılıb

Avtoreyd 23 İyun 2016 15:23 Oxunub 1462
Formula 1-ə görə qurulan baryerlərin sökülməsinə başlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyatın fasiləsiz hərəkəti təmin olub

"Azərbaycan iyunun 17-19-da möhtəşəm yarışa – Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edib. Həm pilotlar, həm də bu yarışla əlaqədar ölkəmizə səfər edən qonaqlar, azarkeşlər Bakıdan xoş təəssüratlarla ayrıldılar".

Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri iyunun 23-də jurnalistlərə müsahibəsində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib. Mütəxəssis bildirib ki, hazırda trek ətrafındakı baryerlərin, tribunaların və pit binasının sökülməsinə başlanılıb. Bütün bunlar müvəqqəti xarakter daşıyırdı. Qurğuların sökülməsi prosesi altı həftə davam edəcək. Konstitusiya Məhkəməsinin qarşısındakı və Azneft meydanındakı tribunaların sökülməsinə artıq start verilib. Nəqliyyatın hərəkəti üçün əsas yollar artıq açılıb. Həmçinin nəqliyyatın fasiləsiz hərəkəti təmin olub. Eyni zamanda, binaların girişində və mağazaların qarşısındakı baryerlər də götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh