İsti havalar üçün məsləhətlər - Ürək xəstəlikləri olanların nəzərinə

Qaydalar 24 İyun 2016 00:33 Oxunub 1895
İsti havalar üçün məsləhətlər - Ürək xəstəlikləri olanların nəzərinə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arterial təzyiqinizə daim nəzarət edin

İsti havada ürək-damar sistemi xəstəlikləri olan insanlarda kəskinləşmə inkişaf edə bilər. Avtosfer.az saglamolun.Az-a istinadən xəbər verir ki, hipertoniyadan əziyyət çəkənlərdə təzyiq artır, stenokardiya tutmaları daha tez-tez olur, infarkt və insultun riski artır. Bu isti havada ürəyə olan gərginliyin artması ilə bağlıdır. İsti havada nəbz və qan dövranı artır ki, qan qatılaşır, bu da ürək xəstəlikləri olanlar üçün çox ziyanlıdır.

Ürək xəstəlikləri olanlara bir neçə vacib məsləhət:

1. İsti havada özünüzü mümkün qədər qorumağa çalışın - fiziki aktivliyinizi azaldın, daha az işləyin və daha çox dincəlin.

2. Həkim tərəfindən təyin etdilən dərmanları vaxtı-vaxtında qəbul edin.

3. Arterial təzyiqinizə daim nəzarət edin.

4. Düzgün qidalanın. Qidalanmanızdan duzlu, qızardılmış qidaları, kolbasa-sosis, konservlər və s. çıxardın. Meyvə-tərəvəz, göyərti, süd məhsulları, bişmiş ət və s. kimi sağlam qidaları qəbul edin.

5. Mayenin qəbuluna diqqətli olun. Həm susuzlaşma, həm də mayeni həddindən artıq çox miqdarda qəbulu sizin üçün ziyanlıdır. Qara çay və qəhvə orqanizmi susuzlaşdırır. Bu səbəbdən adi təmiz suya, kompotlara, itburnu, nanə dəmləmələrinə və s. üstünlük verin.

6. Soyuq su içməyin. Soyuq su damarların ani sıxılmasına və ürək tutmasına səbəb ola bilər.

7. Gündüz saatlarında (12.00-dan - 18.00-a qədər) çölə çıxmayın, sərin otaqda qalın.

8. Ürək tutması inkişaf etdikdə nitroqliserin həbini çeynəyin. Kömək etmədikdə 5 dəqiqədən sonra daha bir həb qəbul edin. Aspirin həbi çeynəyin. Ağrı keçmirsə, dərhal "təcili yardım" çağırın.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh