Deputatın polis oğluna yüksək vəzifə verildi – YP 500 getdi

Yol polisi 24 İyun 2016 11:13 Oxunub 27478
Deputatın polis oğluna yüksək vəzifə verildi – YP 500 getdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi təqaüdə göndərilib

Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Rauf Talıbov təqaüdə göndərilib. Onun yerinə isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Müşayət Eskort Bölüyünün komandiri (YP-500), polis mayoru Elşad Məmmədov təyin edilib.

Qeyd edək ki, Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh