Formula 1 gələn il axşam saatlarında keçirilə bilər - Bakıda

Avtoreyd 24 İyun 2016 11:46 Oxunub 1499
Formula 1 gələn il axşam saatlarında keçirilə bilər - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Berni Ekklstoun: Yürüşün başlanğıcının axşam saat 7-də olmasını istərdim

Formula 1 üzrə Avropa Qran Prisi axşam saatlarında keçirilə bilər. Avtosfer.az xəbər verir ki, bu barədə Formula 1-in baş promouteri Berni Ekklstoun açıqlama verib.

Onun fikrincə, süni işıqlandırma şəraitində küçə yürüşü xüsusən maraqlı olacaq: "2017-ci ildə daha nələr etməyin gərəkliyi üzərində düşünmək lazımdır. Məsələn, təşkilatçılar trası daha açıq edə bilərlər. Bunu indi etmədilər, çünki hər şeyin necə işləyəcəyini bilmədikləri üçün sığortalandılar. Yürüşün başlanğıcının axşam saat 7-də olmasını istərdim. Bakı mərhələsinin daha layiqincə təşkili üçün hansı səylərin göstərildiyi görmək xoş olardı. Tras çox yaxşı çıxdı".

Qeyd edək ki, Avropa Qran Prisi 17 - 19 iyunda Bakıda keçirilib. Müqaviləyə əsasən, bu yürüş daha 4 il Azərbaycan paytaxtında təşkil olunmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh