İSB "Yaşıl Kart" sığorta sistemi üzrə ödənişlərə başlayıb

Qaydalar 24 İyun 2016 16:32 Oxunub 1961
İSB "Yaşıl Kart" sığorta sistemi üzrə ödənişlərə başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki Ukrayna vətəndaşı Bakıda, iki Azərbaycan vətəndaşı isə Türkiyədə qəza törədib

Azərbaycan İcbari Sığorta Bürosu (İSB) “Yaşıl Kart” sığorta sistemi çərçivəsində artıq ödənişlər həyata keçirməyə başlayıb. Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İSB-nin icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə görə, artıq iki Ukrayna vətəndaşının Bakıda törətdiyi sığorta hadisələri üzrə tələblər qeydə alınıb: “Bu hadisələrdən birinə görə ödəniş verilib, digər hadisə isə bu günlərdə qeydə alınıb. Hər iki hadisəyə görə Ukraynanın icbari sığorta qurumuna qarşı tələblər irəli sürüləcək”.

İSB-nin özünə qarşı da iki tələb irəli sürülüb. E.Quliyev bildirib ki, tələblər Türkiyədən daxil olub: “İki Azərbaycan vətəndaşı da Türkiyədə yol qəzası törədərək başqalarına ziyan vurublar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh