Polislərə pis xəbər – Pulun 20 faizi kəsildi

Yol polisi 25 İyun 2016 01:57 Oxunub 45192
Polislərə pis xəbər – Pulun 20 faizi kəsildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydalar dəyişib

Nazirlər Kabineti “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Avtosfer.az-ın məlumatına görə, indiyə qədər  Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi Daxili İşlər Nazirliyinin pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının (“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülüb. Dəyişikliyə əsasən, bundan sonra şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi Daxili İşlər Nazirliyinin pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülməyəcək.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh