Ukrayna dairəsinə çıxan bütün yollar bağlandı - Böyük tıxac yarandı + FOTO

Gündəm 25 İyun 2016 11:21 Oxunub 1269
Ukrayna dairəsinə çıxan bütün yollar bağlandı - Böyük tıxac yarandı + FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Xətai rayonunda bir neçə yerdə dövlət əhəmiyyətli tədbir keçirilir»

Xətai rayonu ərazisində avtomobillərin hərəkətində ciddi sıxlıq yaranıb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, xüsusən Ukrayna dairəsi istiqamətində olan yollarda bir neçə dəqiqədir, tıxac yaranıb. Dövlət Yol Polisi əməkdaşları dairə istiqamətində hərəkət edən avtomobillərin hərəkətinə məhdudiyyət qoyub.

Məsələ ilə bağlı açıqlama verən Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yolların bağlı olmasına aydınlıq gətirib: “Xətai rayonunda bir neçə yerdə dövlət əhəmiyyətli tədbir keçirilir. Bu səbəbdən yollarda avtomobillərin hərəkətinə müəyyən məhdudiyyətlər qoyulub və sıxlıq yaranıb. Lakin təxminən 15-20 dəqiqədən sonra bütün yollarda hərəkət bərpa olunacaq”.

http://www.aznews.az/photos/xetaitixac1.jpg

http://www.aznews.az/photos/xetaitixacc.jpg

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh