İtmiş təyyarə ilə bağlı yeni məlumat

Gündəm 25 İyun 2016 11:26 Oxunub 3267
İtmiş təyyarə ilə bağlı yeni məlumat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tanzaniyada tapılan parçanın itmiş Malayziya təyyarəsinə məxsus olduğu güman edilir

Tanzaniyanın Pemba adası sahillərində təyyarə parçası tapılıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Avstraliya Nəqliyyatda Təhlükəsizlik Bürosu hazırda bu tapıntı ilə bağlı əlavə məlumatlat əldə etməyə çalışır. Məqsəd onun 2014-cü ilin martında itmiş Malayziyaya məxsus “Boeing-777” təyyarəsinə aid olduğunu dəqiqləşdirməkdir. Bu barədə Avstraliyanın infrastrukturun inkişafı və nəqliyyat naziri Darren Çester məlumat verib. Nazir həmçinin iyulda Malayziya, Çin və Avstraliya nəqliyyat idarələrinin rəhbərlərinin görüşünün planlaşdırılması barədə xəbəri də təsdiq edib. Həmin görüşdə iki il əvvəl itmiş təyyarənin axtarışlarının davam etdirilməsi ilə bağlı yekun qərarın qəbul olunacağı gözlənilir. Hazırda axtarış rayonunun böyük bir hissəsi təhqiq olunsa da, qış fəslinin yaxınlaşması həmin ərazidə havanın kəskin pisləşməsinə səbəb olub. Bu, axtarış gəmilərinin işini xeyli çətinləşdirib. Bununla əlaqədar D.Çester bildirib ki, axtarışlar avqustun ortalarında dayandırıla bilər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh