Bakıdan Bolqarıstana avtobusla getmək olacaq - 130 AZN

Yeniliklər 25 İyun 2016 11:27 Oxunub 1386
Bakıdan Bolqarıstana avtobusla getmək olacaq - 130 AZN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək

Bakı Beynəlxalq Avtovağzalı iyul ayının 1-dən etibarən beynəlxalq sərnişindaşıma sahəsində yeni istiqamət üzrə marşrut xəttini istifadəyə verir. Bu barədə Avtosfer.az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmqanqızı bildirib. Onun sözlərinə görə, Türkiyənin "Metro Turizm" şirkəti ilə bağlanan müqaviləyə əsasən, növbəti aydan  Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçiriləcəkdir. Artıq Bolqarıstana sərfəli qiymətlə və komfortlu avtobuslarla səyahət etmək daha asan olacaq.

Həftənin 2-4-6-cı günləri həyata keçiriləcək reyslərdə biletin qiyməti 130 AZN təşkil edir.

Qeyd edək ki, Azərbaycanla Bolqarıstan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh