Bakıda yol hərəkətinin təşkili işində ciddi - YENİLİKLƏR

Yeniliklər 25 İyun 2016 14:15 Oxunub 2889
Bakıda yol hərəkətinin təşkili işində ciddi - YENİLİKLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident Bakı Nəqliyyat Agentliyinə bir neçə səlahiyyət verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən imzaladığı fərmanla Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə xeyli yeni səlahiyyətlər verilib. Avtosfer.az xəbər verir ki, bu dəyişikliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ictimai nəqliyyatla bağlı xeyli xətalara (biletsiz sərnişin daşıma, müvafiq sənədlər olmadan sərnişin daşıma, avtobus sürücüsünün sükan arxasında siqaret çəkməsi və s.), habelə yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsindəki bəzi xətalara (küçə və yollarda özbaşına qazıntı işləri aparma, yollarda standartdan kənar tikinti işləri aparma, özbaşına nişan qoyma və s.) görə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti Agentliyə verilir. Həmin səlahiyyətlərin verilməsi Agentliyin Əsasnaməsindən irəli gəlir və bu yeni qurumun daha səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək.

Prezidentin imzaladığı daha bir fərmanla edilən dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində yol nişanlarının quraşdırılması və onların lazımi qaydada saxlanılması işini Dövlət Yol Polisi ilə razılaşdırılmaqla Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək. 

Eyni fərmanla Bakının inzibati ərazisində görülən bütün yol işləri də yalnız Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.

Bakı şəhərində nişanlarla bağlı xeyli problem olduğunu nəzərə alsaq, bu, çox ciddi yenilik sayılmalıdır. Agentlik üzərinə çox məsul iş qoyulub, Doğrudan da, böyük həcmli işlər görülməlidir.

Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı başqa bir mühüm yenilik də edildi. Bundan sonra Bakı şəhərində şəhərsalma həyata keçirildikdə küçə, yol, digər nəqliyyat infrastrukturunun planlaşdırılması və ona əməl olunmasının təmin edilməsi işində Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi də iştirak edəcək. Bu, o deməkdir ki, paytaxtda yeni binalar tikilərkən, ərazilər abadlaşdırılarkən, yenidənqurma işləri (söküb yenisini tikmək və s.) görülərkən həmin işlərin yol-nəqliyyat baxımından qaydalara uyğunluğunu Agentlik yoxlamalı və razılıq verməli olacaq.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh