Bakıda polis uşağı yanan evdən xilas etdi - FOTOLAR

Yol polisi 26 İyun 2016 14:50 Oxunub 6176
Bakıda polis uşağı yanan evdən xilas etdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sovetski"də qaz sızması nəticəsində güclü yanğın olub

Ötən gün Yasamal rayonunun Abdulla Şaiq küçəsi 48A ünvanında baş verən partlayış hadisəsinin maraqlı görüntüləri ortaya çıxıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, "Sovetski" kimi tanınan ərazidə qeydə alınan hadisə zamanı qaz sızması nəticəsində güclü yanğın olub. Yanğın zamanı iki elektrik sayğacı və bir neçə metr kabel yanıb. Yanğının evin giriş qapısında başlaması evdə olan azyaşlının çölə çıxmasına imkan verməyib. Dərhal əraziyə Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları cəlb edilib və onlar həmin qız uşağını alovdan xilas ediblər. Hadisə zamanı ev sahibinin halı pisləşdiyi üçün əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.Yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb.

Hadisə yerindən olan görüntüləri təqdim edirik:

Bakıda polis uşağı yanan evdən xilas etdi -  Fotolar

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh