Bakıda daşlıq yollar yenidən bərpa edilir

Yeniliklər 26 İyun 2016 15:10 Oxunub 4753
Bakıda daşlıq yollar yenidən bərpa edilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Asfalt qatı qaşınaraq yol əvvəlki, qənbərli vəziyyətə gətirilir»

Bakıda keçirilən "Formula 1" üzrə yarışlarla əlaqədar asfaltlanmış qənbər daşlı yollar əvvəlki vəziyyətinə qaytarılacaq. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. Onun sözlərinə görə, əvvəlcə Niyazi küçəsindəki hissədə təmir işləri görülür: "Bu gündən etibarən Niyazi küçəsindəki Azneft meydanından İstiqlaliyyət küçəsi ilə kəsişməsinədək hissədə təmir işlərinə başlanıb. Asfalt qatı qaşınaraq yol əvvəlki, qənbərli vəziyyətə gətirilir. Bununla əlaqədar yolda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb, istiqamət dəyişdirilib".

V.Əsədov qeyd edib ki, təmir işləri ilə bağlı Şeyx Şamil küçəsindən İstiqlaliyyət küçəsinə hərəkət yalnız sol istiqamətdə mümkün olacaq, sağa hərəkət isə məhdudlaşdırılıb. Onun sözlərinə görə, daha sonra Əziz Əliyev küçəsinin Qoşa Qala qapısı önündəki hissəsində də asfalt qatı qaşınacaq, yolun qənbər daşlı hissəsi bərpa ediləcək.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh