Azərbaycanda yol polisi ağır qəza törətdi – Özü və iki qadın öldü 

Yol polisi 27 İyun 2016 03:35 Oxunub 26059
Azərbaycanda yol polisi ağır qəza törətdi – Özü və iki qadın öldü 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüksək sürətlə hərəkət edən minik avtomobili arxadan avtobusa çırpılıb

Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, dünən axşam saat 10 radələrində Sumqayıt şəhərinin girişində – Gömrük İdarəsinin yaxınlığında «Hyundai Azera» markalı avtomobil 3 nömrəli marşrut avtobusu ilə toqquşub. Yüksək sürətlə hərəkət edən minik avtomobili arxadan avtobusa çırpılaraq yararsız hala düşüb. Avtomobildə olan 4 nəfərdən 3-ü hadisə yerində keçinib.

Məlumatda bildirilir ki, qəzanı törədən sürücü yol polisi əməkdaşıdır. Polis baş serjantı Ramin Tahirov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində işləyirmiş. Qəza baş verən zaman onun avtomobilində dostu və iki qadın da olub. Ramin Tahirovla yanaşı həmin qadınlar da qəza zamanı həlak olub. Dostu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadınlardan biri ön oturacaqda olub və qəza zamanı başı qopub.

Faktla bağlı araşdırma aparılır.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh