Dayanacaqlardakı baxımsız monitorlar - VİDEO

Avtoreyd 28 İyun 2016 08:53 Oxunub 1308
Dayanacaqlardakı baxımsız monitorlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hətta bir çoxu işləmir və üzərini toz basıb

Beş ilə yaxındır ki, Bakıda dayanacaqlara qoyulmuş monitorlar indi istifadəsiz qalıb. Hətta bir çoxu işləmir və üzərini toz basıb. Dayacaqların ayrılmaz hissəsi kimi görünən bu tablolara böyük ümidlər olsa da hazırda sərnişinlər faydalana bilmir. 

Avtobuslarda quraşdırılan və dayancaqlardakı lövhələrə məlumat ötürməli olan cihazların da çoxu sıradan çıxıb, ya da sürücülər aparatın söndürüb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyir ki, bəzi dayancaqlarda belə lövhələrin işləməməsinin səbəbi həmin ərazilərə yaxın yerlərdə tikinti aparılarkən kabellərə ziyan vurulmasıdır. Üstəlik marşrut xətlərində baş verən dəyişiklikləri qısa zamanda sistemə daxil etmək mümkün olmadığından onları sistemdə düzgün işləmir. Hazırda sistemdə yenidən təmir işləri aparılır və dəyişiklik baş vermiş xətlə sistemə əlavə edilir. Onun sözlərinə görə, avqustun sonundan etibarən vətəndaşlar bu lövəhələrdən istifadə edə biləcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh