Kredit borcunu gecikdirdi - Bank maşını geri alıb satdı - VİDEO

Xəbərlər 30 İyun 2016 00:39 Oxunub 1884
Kredit borcunu gecikdirdi - Bank maşını geri alıb satdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir neçə ay öncə maşın hərrac vasitəsilə satılıb

Paytaxt sakini olan Zinət Quliyeva 2012-ci ilin fevral ayında kreditlə maşın alıb. 2015-ci ilin yanvar ayında isə həyat yoldaşı işini itirdiyi üçün kreditin ödənişində gecikmələr baş verib. Bu səbəbdən də bank maşını geri alıb. . Maşın sahibinin qardaşı Ələkbər Soltanəliyevin sözlərinə görə, hərracın keçirilməsi barədə onlara məlumat versələr də, giriş üçün 320 manat pul tələb olunub.

Hüquqşünaslar isə bildirir ki, qalan borcun məbləğindən asılı olamayaraq bank maşını satışa çıxara bilər.

Qanunvericiliyə əsasən, avtomobil satıldıqdan sonra borc tam bağlanmalı, qalan məbləğ isə maşının sahibinə verilməlidir. Hərracda iştirak etmək istəyənlər də müəyyən olunmuş məbləğdə, yəni maşının satılması üçün nəzərdə tutulmuş məbləğin 5 faizini beh şəklində ödəyərək alıcı qismində iştirak edə bilərlər. Pulsuz giriş haqqı isə yalnız satış üçün iddia qaldıran tərəfə, yəni banka verilir. Hüquqşünas Anar Ramazanov deyir ki, əgər vətəndaş hərracın keçirilməsi qaydasından, eləcə də maşının satıldığı qiymətdən narazıdırsa, bu halda məhkəməyə müraciət edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh