Yük maşını öz-özünə hərəkətə gəldi - Qorxulu anlar - VİDEO

Avtoreyd 30 İyun 2016 00:55 Oxunub 1894
Yük maşını öz-özünə hərəkətə gəldi - Qorxulu anlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü nəqliyyat vasitəsini saxladıqdan sonra əl əyləcini dartmağı unudub

Sürücü səhlənkarlığı yenə ortaya xoşagəlməz görüntülər çıxardı. Çində ağır tonnajlı yük maşını sürücüsünün sayıqlığı əldən verməsi qəzaya səbəb olub. Öz-özünə hərəkətə gələn nəqliyyat vasitəsi faciəyə yaşıl işıq yandırsa da, xoşbəxtlikdən tələfata yol açmayıb. Hadisə Dziansi vilayətində baş verib. Hərəkətə gələn yük maşını keçid məntəqəsinə ziyan vurub. Avtosfer.az atv.az-a istinadən bildirir ki, bu vaxt məntəqə işçilərinin həyatı təhlükəyə düşsə də, yük maşını onlardan aralı keçib. Baş verənlər müşahidə kameralarından anbaan lentə alınıb.

Məlum olub ki, yük maşını sürücüsü nəqliyyat vasitəsini saxladıqdan sonra əl əyləcini dartmağı unudub. Sürücü hərəkətə gələn maşının arxasınca qaçsa da, iş-işdən keçib. Ağır tonnajlı texnika  baryerlərə çırpıldıqdan sonra dayanıb. Buna qədər isə məntəqədəki kabinlərdən birini sıradan çıxarıb.

Dəyən ziyanı aradan qaldırmağı üzərinə götürən sürücü haqqında cəza tədbirləri görülüb. Görüntüləri izləyən  çinlilər daha böyük fəsada yol aça biləcək hadisə ilə bağlı sürücünü tənqid atəşinə tutublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh