Rayonlara da ikimərtəbəli qatarlar işləyəcək - VİDEO

Yeniliklər 30 İyun 2016 00:58 Oxunub 1300
Rayonlara da ikimərtəbəli qatarlar işləyəcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni qatarlarda gediş haqqı da fərqli olacaq

Artıq bölgələrə də 2 mərtəbəli müasir görkəmli və komfortlu qatarlar hərəkət edəcək. Bununla bağlı dəmiryol vağzalına yeni qatarlar gətirilib. Bundan əlavə, yeni qatarların Bakı-Yalama istiqamətində də hərəkət edcəyi nəzərdə tutulur. Qatarlar tam olaraq ən son texnologiylarla idarə olunur.Qatarlarda sərnişinlərin rahatlığı üçün kondisioner və Wİ Fİ  sistemi fəaliyyət göstərir. Yeni qatarlarda gediş haqqı da fərqli olacaq. Bununla yanaşı, Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların 2 stansiyada dayanacaqları olacaq. Bu stansiyalarda da təmir işləri başlanılıb. Bu iki istiqamətə gedən sərnişinlər üçün də yeni tariflər müəyyənləşəcək.

Qeyd edək ki, Sumqayıt istiqamətində biletin qiyməti 80 qəpikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh