Bakıda insanları istidən bişirən avtobus dayanacağı - VİDEO

Avtoreyd 30 İyun 2016 00:59 Oxunub 2354
Bakıda insanları istidən bişirən avtobus dayanacağı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxdakı bu avtobus dayanacağı səhralığı xatırladır

Bakıda "Koroğlu" metrostansiyasının yaxınlığında bir müddət öncə istismara verilən avtobus dayanacağı burdan istifadə edənlərin imtahan yerinə çevrilib. Çünki günün qızmar vaxtında bu dayanacaqda yarım saat heç bir kölgəlik olmadan avtobus gözləmək həqiqətən də xüsusi məharət tələb edir. On minlərlə insanın istifadə etdiyi dayanacaqla bağlı aidiyyatı qurumlar isə təkliflər hazırlayıblar. Ancaq hələ ki, problemin həlli üçün heç bir real addım atılmayıb. Həmin dayanacaqda başına çətir tutan kim, əlindəki çantası ilə istidən qorunan kim... Qucağında azyaşlı uşaqla istidə hərəkət etməkdə çətinlik çəkən də var.

"Koroğlu" metrostansiyasının yaxınlığında bir müddət öncə yaradılan yeni dayanacaq ərazisində günvurma nəticəsində özündən gedənlər də olub.

Dayanacağın üçün heç bir vasitənin olmadığı ərazidə səhərdən axşamadək işləməli olan insanlar daha çox çətinlik çəkir.

"Koroğlu" metrosunun yanındakı dayanacaqda kölgələnmək üçün infrastrukturun yaradılması ilə bağlı Bakı Şəhər Nəqliyyat Agentliyi təkliflər hazırlayaraq Dövlət Nəqliyyat Agentliyinə göndərib. Ancaq yayın qovurucu istilərinə baxmayaraq məsələ ilə bağlı heç bir addım atılmayıb. Hər gün ərazidəki dayanacaqdan istifadə edən insanlar prblemin qısa zamanda həll ediləcəyi günü gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh