Bu maşınların içi 60 min dollarlıq spirtli içki ilə doludur - VİDEO

Maraqlı 30 İyun 2016 17:19 Oxunub 5196
Bu maşınların içi 60 min dollarlıq spirtli içki ilə doludur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qiymətə Azərbaycanda ən azı 3-4 normal avtomobil almaq mümkündür

Bu videoda gördüyünüz avtomobillər sadəcə, suvenirdir, lakin onların bəzilərinin dəyəri həqiqi avtomobillərdən də qat-qat bahadır. Avtosfer.az-ın məlumatına görə, Azərbaycanın bölgələrindən birində yaşayan və məlum səbəblərdən adının çəkilməsini istəməyən 70 yaşlı kişi uzun illərdir evində içki kolleksiyası yığır. Bu avtomobil fiqurları da həmin kolleksiyaya daxildir. Həcmi balaca olsa da, onların bəzilərinin qiyməti 60 min dollardır. Hansı ki, bu qiymətə Azərbaycanda ən azı 3-4 normal avtomobil almaq mümkündür. İçkilərin qədimiliyi də qiymətə təsir edir. Bəzi fiqurların içərisindəki konyakın istehsal tarixi 30-40 il əvvələ gedir. İllər keçdikcə bu kiçik avtomobil fiqurlarının da qiyməti bahalaşır. Həmin içkilər müxtəlif ölkələrdə istehsal olunub.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh