Piyadanı vurub öldürən sürücünün məhkəməsi başlayıb

Qaydalar 30 İyun 2016 11:05 Oxunub 1495
Piyadanı vurub öldürən sürücünün məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Fərid Bayadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Avtosfer.az "Report"a istinadən xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə Zabrat-Şabunçu şosesi, "Qartal" kafesinin qarşısında baş verib. 1993-cü il təvəllüdlü F.Bayadov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə kafenin qarşısında yolu keçmək istəyən 1977-ci il təvəllüdlü Cahid Əkbərovu vurub.

C.Əkbərov aldığı xəsarətlə 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh