Gürcüstan Azərbaycana gətirilən avtomobillərə görə XƏBƏRDARLIQ etdi

Avtobazar 6 Avqust 2014 18:10 Oxunub 2401
Gürcüstan Azərbaycana gətirilən avtomobillərə görə XƏBƏRDARLIQ etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DGK saytında qeyd olunan prosedur qaydalarını pozan şəxslərə qarşı tədbirlər görüləcək

Gürcüstan Daxili İşlər Nazirliyi bu ölkədən Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinə qoyulan məhdudiyyətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib. “APA-Economics”in məlumatına görə, qurumun bəyanatında bildirilir ki, Azərbaycanda “Euro-4” ekoloji standartına keçidlə əlaqədar olaraq, bu ilin avqustun 16-dan etibarən sözügedən standartın normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi zamanı gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaq. Sənədləşdirmə proseduru ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) saytında tanış olmaq olar. Məlumatda həmçinin qeyd olunub ki, yuxarıda qeyd olunan prosedur qaydaları müvafiq qanunvericiliklə tənzimlənir və onu pozan şəxslərə qarşı tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycan “Euro-4” standartına cari ilin aprelin 1-dən keçib.

Nazirlər Kabinetinin “Azərbaycan ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin “Euro-4” ekoloji normalarına uyğunlaşdırılması barədə” 14 yanvar 2014-cü il tarixli qərarına əsasən aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Euro-4” ekoloji normaları tətbiq ediləcək. Aprelin 1-dən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların “Euro-4” ekoloji normalara uyğun olması əsas götürüləcək.

 

Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu:

 

 

 

Nəqliyyat vasitəsinin mənşə ölkəsi 

Nəqliyyat vasitələrinin buraxılış illəri

Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn

2345

Avropa İttifaqına daxil

olan ölkələr, benzin * 

1997 - 2000 

2001 - 2004 

2005-dən01.10.2009-

dan

Avropa İttifaqına daxil

olan ölkələr, dizel 

1997 - 2001 

2002 - 2004 

2005-dən01.10.2009-

dan

ABŞ1996 - 20002001 - 20032004-dən 

 

Yaponiya1998 - 20042005 - 20102011-dən 

0

Çin2004 - 20072008-dən2011-dən-

Koreya2001 - 20022003 - 20052006-dan-

Ukrayna, M kateqoriyalı2006-dan2010-dan2014-dən-

Ukrayna, N kateqoriyalı2007-dən2010-dan2014-dən-

Belarus2006 - 20072008-dən2014-dən-

Özbəkistan2007 - 20092010-dan2012-dən-

Qazaxıstan2006 - 20112012-dən2014-dən-

Rusiya2006 - 20072008-dən2013-dən2014-dən

Türkiyə--2009-dan-

İran2009-dan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh