Avtomobildən 16 min siqaret aşkar edilərək götürülüb - FOTO

Gündəm 30 İyun 2016 13:11 Oxunub 1217
Avtomobildən 16 min siqaret aşkar edilərək götürülüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Ford Tranzit" markalı yük avtomobilində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, məlumat əsasında Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına ərik yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobili əsaslı şəkildə  yoxlanılıb. Yoxlama zamanı avtomobilin yük yerindəki ərik yeşiklərinin arasından, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 16 min ədəd siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Emin

http://img.milli.az/2016/06/30/447828_03.jpghttp://img.milli.az/2016/06/30/447828_02.jpghttp://img.milli.az/2016/06/30/447828_04.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh