Bütün aeroportlarda təhlükəsizlik tədbirləri daha da möhkəmləndiriləcək

Gündəm 30 İyun 2016 13:14 Oxunub 1145
Bütün aeroportlarda təhlükəsizlik tədbirləri daha da möhkəmləndiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib

Türkiyədəki bütün aeroportlarda təhlükəsizlik tədbirləri daha da möhkəmləndiriləcək. Avtosfer.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Baş nazir bildirib ki, aeroportda “X-ray” intereskoprentgen aparatı və fiziki yoxlanış terror hadisəsinin qarşısını almağa kifayət etmir. Kənarda silahlı basqınlara qarşı da tədbirlər görülməlidir. Düşünürəm ki, aeroportların giriş və çıxışlarında xüsusi təlim görmüş təhlükəsizlik işçilərinin sayını artırmaq lazımdır. B.Yıldırımın sözlərinə görə, böyük ehtimalla terror aktını İŞİD terror qruplaşması törədib. Son məlumatlara görə, İstanbul hava limanında terror aktı nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh