Partlayışla bağlı 16 nəfər saxlanılıb - Türkiyədə

Gündəm 30 İyun 2016 13:27 Oxunub 1115
Partlayışla bağlı 16 nəfər saxlanılıb - Türkiyədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Atatürk Hava Limanında törədilən terror aktları ilə bağlı

İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları ilə bağlı 16 nəfər saxlanılıb.

Avtosfer.az Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları İstanbulda 16 ünvanda eyni anda əməliyyat keçirib. Tutulan 16 nəfərdən 3-ün əcnəbi olduğu bildirilir. 

Qeyd edək ki, iyunun 28-də aeroportda 3 terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh