"Sərnişinlər Türkiyəyə aldıqları bileti qaytara bilərlər" - AZAL

Gündəm 30 İyun 2016 16:34 Oxunub 1096
"Sərnişinlər Türkiyəyə aldıqları bileti qaytara bilərlər" - AZAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
AZAL məlumat yaydı

İstanbulun Atatürk hava limanında baş verən terror aktı ilə əlaqədar "Azərbaycan HavaYolları" (AZAL) iyul ayının 5-ə qədər öncədən aviabilet əldə etmiş sərnişinlərinə həmin biletləri qaytarmaq və ya dəyişdirmək imkanı yaradıb. Bu barədə Avtosfer.az-a AZAL-dan məlumat verilib. "Sərnişinlərin rahatlığını düşünərək, “Azərbaycan Hava Yolları”nın 5 iyul 2016-cı il tarixinə qədər Türkiyə istiqamətindəki uçuşlarına öncədən aviabiletlər əldə etmiş sərnişinlər (onların istəkləri əsasında) həmin aviabiletləri 15 iyul 2016-cı il tarixinə kimi, istədikləri tarixlərə pulsuz dəyişdirə və ya bu aviabiletləri cəriməsiz qaytara bilərlər", - deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh